Bank VTB-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

28 avqust 2017-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə bankın Müşahidə şurasının tərkibi, eləcə də bankın cari sövdələşmələri haqqında məsələlər daxildir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə