Ermənistan Mərkəzi Bankının rəhbəri iqtisadi geriliyi etiraf etdi

Ermənistanda keçən il iqtisadi aktivlik planlaşdırılan 2,2% yerinə 0,2% olub. Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Mərkəzi Bankının rəhbəri Artur Cavadyan söyləyib. O, keçən il büdcə defisitinin planlaşdırılandan 2% çox olduğunu bildirib:

“Büdcə defisiti 2015-ci illə müqayisədə 0,7% artıb. 2016-cı ildə büdcə defisiti 5,5% təşkil edib. Bununla da defisit 278 milyard dram təşkil edib. Nəticə ölkənin dövlət borcu ümumdaxili məhsulun 56,7%-ni təşkil edib” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə