Bu gün Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 26 İyun - Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə); Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə); Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; Zərifə Əliyeva parkında; Zabitlər parkında; Fəvvarələr meydanında hərbi orkestrlərin çıxışları olacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə