ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracaq. SİA-nın məlumatına görə, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, belə bir fikirin formalaşmasına səbəb iyunun 14-də FED rəhbəri Canet Yellenin "Uçot dərəcəsinin 2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" ifadəsi olub.

Məlumatda həmçinin, ABŞ-da son inflyasiya göstəricilərinin aşağı olmasına baxmayaraq, FED-in daha rahat şəkildə faizləri artırdığı qeyd olunub.

"Forbes" jurnalının iqtisadi təhlilçisi Bil Konerli (Bill Conerly) bildirib ki, FED öz addımlaı ilə 2019-cu il inflyasiya gözləntilərini nəzərə alır. Belə ki, iqtisadiyyatda atılan addımların təsiri bəzən 6-18 aydan sonra hiss edilir. Analitik FED üzvlərinin əbəs yerə faizləri artırmaq qərarı vermədiklərini qeyd edib. İqtisadçı diqqətlərin maaşların ümumi səviyyəsinə çevrilməsi zərurətini vurğulayıb. Maaşların artması inflyasiyanın sürətlənəcəyinə işarə edəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə