Ümummilli Liderə həsr olunmuş “açıq qapı” günü keçirilir

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “açıq qapı” günü keçirilir. Muzeydən SİA-ya bildirilib ki, gələn ziyarətçilər Mstislav Rostropoviç və Ulu Öndərin nadir fotoşəkilləri, bu iki şəxsiyyətin böyük dostluğunu əks etdirən əlyazma məktubları və digər qiymətli əşyalarla tanış olurlar. Ziyarətçilərə 3 dildə (Azərbaycan, rus və ingilis) ekskursiya keçirilir və hər iki dahi şəxsiyyətə həsr olunmuş slayd-şou təqdim edilir. Muzeyin zəngin kino fondunda yer alan “Heydər Əliyev və M.Rostropoviç” unikal filmi nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə