Uşaq musiqi məktəbində Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon 10 nömrəli uşaq musiqi məktəbində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. SİA-nın məlumatına görə, konsert proqramından əvvəl çıxış edənlər bu yaxınlarda keçirilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində uğurlu çıxışlarına görə diploma layiq görülmüş məktəb şagirdlərini təbrik edib və onlara uğurlar arzulayıblar.

Sonra şagirdlərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə