Yuğ Teatrının 30 illik yubileyi qeyd olunacaq

3 dekabr 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Azərbaycan Dövlət Yuğ Teatrının 30, teatrın yaradıcısı Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illik yubileyi qeyd olunacaq.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, teatr yarandığı gündən bu günə qədər milli və xarici klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlanıb. Teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassik şairlərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Bununla yanaşı, teatrın repertuarında C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, dünya klassiklərindən U.Şekspir, S.Bekket, A.P.Çexov, R.Akutaqava, F.Kafka, A.S.Ekzüperi kimi müəlliflərin də əsərləri oynanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...