Fikrət Əmirovun 97 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Bakı Musiqi Akademiyası ilə birgə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açıb. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva Fikrət Əmirovun həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış edib.

Bədii hissədə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın və akademiyanın tələbələrinin ifalarında konsert proqramı təqdim olunub, Fikrət Əmirovun əsərlərindən Maestro Niyazinin dirijorluğu ilə "Azərbaycan kapriççiousu" və "Şur" simfonik - muğamının videoyazısı nümayiş olunub.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...