35 nömrəli onbirillik musiqi məktəbinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, beynəlxalq və respublika müsabiqələr laureatı Şirin Əmiraslanova İspaniyanın Barselona şəhərində keçirilən XVI Beynəlxalq Musiqi Festivalında iştirak edib. Baş İdarədən SİA-ya bildirilib ki, müsabiqədə İspaniya, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Qazaxıstan və başqa ölkələrin nümayəndələri iştirak ediblər. Müsabiqənin münsiflər heyətinin üzvü Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyevanın məsləhəti ilə Şirin Əmiraslanova ölkəmizi bu müsabiqədə təmsil edib.

Müxtəlif yaş kateqoriyaları üzrə keçirilən müsabiqədə Şirin Əmiraslanova 11-13 yaş kateqoriyası üzrə çıxış edib və münsiflərin qərarı ilə birinci yerə layiq görülüb. Ş.Əmiraslanova müsabiqədə İ.S.Baxın, V.A.Motsart, F.Mendelsonun əsərlərini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...