“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda gürcü rəssamlarının performansı keçirilib FOTOLAR

Xəbər verdiyimiz kimi, Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirlərin davamı olaraq, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gürcü rəssamlarının performansı keçirilib. Azərbaycanda artıq altıncı dəfə keçirilən layihədə iştirak edən 17 ölkədən 40-dək rəssam əvvəlcə qoruğu ziyarət edib daha sonra isə müxtəlif performans və instaliyasiyalar ilə tanış olublar.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Gürcüstanlı rəssam Zaira Nadirashvilli performans nümayiş etdirib. Norveçdən olan iştirakçı Eli Gladerin video və Katarzyna Podqoska Qlontinin istaliyasiyaları tamaşaçıların marağına səbəb olub.

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək. Layihə üzrə müxtəlif məkanlarda sərgilər, təqdimatlar təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...