UNESKO-nun Mədəniyyət üzrə Komissiyasının iclası çərçivəsində beynəlxalq günlərin təsis edilməsi ilə bağlı qərar

UNESKO-nun Mədəniyyət üzrə Komissiyasının iclası çərçivəsində beynəlxalq günlərin təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyasının iclası çərçivəsində bir sıra beynəlxalq günlərin təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Belə ki, 24 yanvar “Dünya Afrika və Afrikamənşəli mədəniyyət günü”, 15 aprel “Dünya incəsənət günü”, 14 noyabr “Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq gün”, 18 noyabr “Dünya İslam incəsənəti günü”, 26 noyabr isə “Dünya zeytun ağacı günü” kimi təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə