Bəhreynin Mədəniyyət naziri:" İslam mədəniyyət irsinin tanıdılmasında Azərbaycanın böyük rolu var"

Azərbaycan artıq mədəni dəyərlərin, tarixi irsin qoruyucusu və hamisi kimi özünü təsdiq edib. Azərbaycan bu sahədə müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edib, zəngin təcrübəyə yiyələnib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu sözləri Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Bəhreynin Mədəniyyət naziri Şeyxa May bint Məhəmməd Al Xəlifə müsahibəsində söyləyib.

“İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrimiz yüksək səviyyədədir. Dəfələrlə Azərbaycanda olmuş və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Ölkənizin islam mədəniyyət irsinin tanıdılmasında rolu olduqca böyükdür. Buna görə də bütün Şərq ölkələri, İslam irsini bölüşən ölkələr, o cümlədən Bəhreyn Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycanın Mədəniyyət naziri ilə iki ölkə arasında UNESKO çərçivəsində həyata keçirə biləcəyimiz layihələri müzakirə etdik”, - deyə Şeyxa May bint Məhəmməd Al Xəlifə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə