“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı olub FOTOLAR

Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı olub. SİA-nın məlumatına görə, biennale Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə altıncı dəfə keçirilən biennalenin önəmini qeyd edib. Bildirib ki, bu tədbir ilk dəfə ölkəmizdə 2003-cu ildən qeyd olunmağa başlayıb: "Budəfəki biennaleni Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə keçiririk. Biennaledə 17 ölkədən 40 rəssam iştirak edir. Ölkəmizdən də 30 rəssam bu tədbirə qatılıb. Biz çox sevinirik ki, Bakıda müasir incəsənətə maraq artmaqdadır. Bu ənənə artıq formalaşıb. Bu istiqamətdə Heydər Əliyev Fondu, "YARAT" Müasir İncəsənət Məkanı çoxsaylı işlər görür, layihələr reallaşdırır. Bu tədbirin təşkilində zəhməti olan bütün təşkilatlara təşəkkür edirəm. Biennale çərçivəsində beş gün ərzində müxtəlif tədbir və sərgilər keçiriləcək. Biz 2007-ci ildən beynəlxalq biennalede iştirak edirik. Biz mədəniyyəti inkişaf edən dövlət kimi tanınırıq. Bu ilin mövzusu insanın özünüdərk edilməsi ilə bağlıdır. İnanıram ki, builki tədbir yüksək formada keciriləcək".

Azərbaycan Rəssamlar İttifaqınin sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib ki, bu biennale rəssamların görüşü üçün olduqca yaxşı şərait yaranacaq. Bu görüş sənət mübadiləsi, qarşılıqlı təcrübə baxımından da xüsusi əhəmiyyət daşıyır. İştirak edən hər kəsə uğurlar arzulayan F.Xəlilov xarici sənət adamlarıni ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Biennalenin önəmini qeyd edən "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov vurğulayıb ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından əlamətdar. Qeyd edib ki, belə tədbirlər ölkəmizin tolerant və multikultural dəyərlərini təşviq edir.

Sonra qonaqlar biennale çərçivəsində Muzey Mərkəzində açılan sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...