Şuşa Dövlət Musiqili Dram Teatrı premyeraya hazırlaşır

Şuşa Dövlət Musiqili Dram Teatrı daha bir premyeraya hazırlaşır. SİA-nın məlumatına görə, Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq teatrın yaradıcı heyəti müəllifin “Anamın kitabı” əsərini tamaşaya hazırlayıb.

Tamaşanın premyerası noyabrın 22–də və 23–də teatrın binasında olacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Xalq artisti Şükufə Musayeva, aktyorlardan Xanirə İsgəndərova, Mir Qabil Əkbərov, Nihad Heybətov, Türkay Cəfərli, Dürdanə Dünyamalıyeva, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Gündüz Qasımov, Aybəniz Cahangirova, Zahid Mehdiyev və Asif Əhədov ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...