Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında FOTOLAR

Özbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub. SİA-nın məlumatına görə, görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və eləcə də gələcəkdə birgə əməkdaşlıq məsələlərindən danışıb.

Özbəkistanlı nümayəndə heyəti də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə baş tutacaq birgə layihələri müzakirə ediblər.

Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə