Növbəti birgə səyyar təlimlər Göyçayda FOTOLAR

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni tədris modulları əsasında təlimlər təşkil edir. Bu günə qədər Bakı, Lənkəran, Şamaxı, Gəncə və Gədəbəydə müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qərarına gəlib.

Göyçay rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib.

Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır.

Tədbirdə “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri”, “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər” mövzularda təlimlər təqdim edilib.

Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti dəfə səyyar briqadalar Tovuz rayonuna yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...