“Müxtəliflik həftəsi”nə həsr olunmuş tədbir keçirilib FOTOLAR

İnsanları bir araya gətirmək üçün “Müxtəliflik həftəsi”nə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq tədbirdə "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxış edib: "Məqsədimiz müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və qarşılıqlı münasibətlərin qurulmasına əsaslanır. Biz bunu bərabərlik, inkluzivlik və fərdilik prinsiplərinə dərin sadiqlik hissi olmadan həyata keçirə bilmərik. Bu gün “Müxtəliflik həftəsi”nin ikinci günüdür. Bununla bağlı müxtəliflik məsələləri təntənəli şəkildə qeyd etməyimizə görə sual yarana bilər. Bunun səbəbi odur ki, “British Council” mədəniyyət münasibətləri və onun inkişafı sahəsində fəaliyyət göstərən təşkilatdır. Biz insanları bir-biri ilə əlaqələndirməyə, onlar arasında etibar və inam yaratmağa, imkanlarını genişləndirməyə çalışırıq. Buna nail olmaq üçün bərabərliyi, müxtəlifliyi və inkluzivliyi təşviq etmək lazımdır”.

Tədbirdə çıxış edən professor Pol Gibbs və Barbara Lisiçkin “Qlobal müxtəlifliyin idarə edilməsi – Buna dəyərmi?” adlı məruzə ilə çıxış ediblər.

Bildirilib ki, əsas diqqəti çəkən məsələ nəzəriyyə ilə təcrübə arasında olan boşluqlardır. “British Council”ın beş ölkədə həyata keçirdiyi araşdırmaların nəticəsində bu boşluqlar təhlil edilərək məruzədə öz əksini tapıb.

Qeyd olunub ki, müxtəlifliyin gender, etnik mənsubiyyət, əlillik və yaş kimi kateqoriyaları əhatə edir. Qlobal səviyyədə bəlli məsələlərdən biri də odur ki, ünsiyyət və texnologiyaların inkişafı nəticəsində insanlar bir-birləri ilə daha da yaxınlaşır, əməkdaşlıq edir.

Sonra Sara Bartonun “Mütilikdən çıxmış həyatlar” qısametrajlı filmi təqdim olunub. Film dünya haqqında heç vaxt eşitməyən böyük azadlıq carçılarını təqdim edir və ABŞ, Britaniya və Avstraliyada əlilliyi olan insanların hüquqlarının müdafiəsi hərəkatının yüksəlişi və zirvəsini göstərir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...