Bakı Dövlət Sirkində “Water land” adlı su proqramı davam edir

Bakı Dövlət Sirkində “Water land” adlı möhtəşəm su proqramı davam edir. SİA-nın məlumatına görə, proqrama eksklüziv lazer və fəvvarələr şousunda 170 tonluq su hovuzu, musiqili fəvvarələr, akva-balet, əhliləşdirilmiş heyvanlarla maraqlı nömrələr, hava gimnastları, hava uçuşu, güc jonqlyorları, “Şmak’s” klounlar dueti və başqaları daxildir.

Qeyd edək ki, “Water land” sirk proqramı noyabrın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə