Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan yeni tamaşalardan olan- “Underground” növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib. Teatrdan SİA-ya bildirilib ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa ediblər.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə