Yeni mədəniyyət portalı fəaliyyətə başlayıb

Dövlət Tərcümə Mərkəzinin yeni – “Epiloq.az” mədəniyyət portalı yayıma başlayıb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, portal oxucuları burada Azərbaycanın mədəniyyəti, tarixi, yerli və dünya ədəbi-mədəni prosesi ilə bağlı materiallarla tanış olacaq, bu mövzularda təhlil və araşdırmaları videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar şəklində izləyə biləcəklər.

Portalın baş redaktoru – tanınmış yazıçı-publisist Qan Turalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə