“Uşaqlar gələcəyimizdir!” FOTOLAR

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüklər, bizə dəstək olun!” adlı sərgi və şagirdlərin çıxışından ibarət “Uşaqlar gələcəyimizdir!” mövzusunda konsert keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, konsert və sərginin açılışından əvvəl musiqişünas Leyla Həsənova tədbir iştirakçılarını 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib. Sonra çıxışına davam edərək Dövlətin hüquqlarımızı qoruması və hər il olduğu kimi ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvesiysının qəbul edilməsi ərəfəsində elan edilən “Uşaq hüquqları aylığı”nın keçirildiyini bildirərək onun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Məruzədə qeyd edilib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunur. Vurğulanıb ki, hər ailənin bəzəyi olan uşaqlar həm də dövlətin, millətin sabahı, gələcəyidir.

Tədbirdə məktəbin direktoru Əziz Qarayusifli xalq çalğı alətləri və gənc pianoçuların IV respublika müsabiqələrində qalib olan və fərqlənən şagirdlərə, Macarıstan Respublikasında keçirilən festivalda uğurla iştirak edən şagirdlərə və onların müəllimlərinə diplom, fəxri fərman və mükafatlar təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə