Xalq artisti Tofiq Tağızadənin 100 illiyi Biləsuvarda qeyd olunub FOTOLAR

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə şəhər məktəblərinin müəllim və məktəbliləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Səyalə Şahbazova açmışdır. Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salan S.Şahbazova bildirib ki, kinorejissorun lentə aldığı filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti və məişəti tamaşaçıya böyük ustalıqla çatdırılıb. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikamızda kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri qeyd olunub.

Sonda tədbir iştirakçılarına sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...