Nəsiminin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Mövzu ilə əlaqədar məruzələr dinlənilib. Sonra 27 nömrəli tam orta məktəbin şagirdi Roza Xəlilova Nəsiminin qəzəllərini söyləyib, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Abbasxan Abbaszadənin şairin qəzəlləri əsasında hazırladığı kompozisiya təqdim olunub.

Digər tədbir Nizami Gəncəvi adına kitabxana-klubda “Dünyanı sözlə bəzəyən həqiqət aşiqi” adlı ədəbi-bədii gecə ilə yadda qalıb. Tədbir “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin üzvləri ilə birlikdə hazırlanıb. Əvvəlcə kitabxana-klubun müdiri Zərnigar Babayeva tədbir haqqında oxuculara məlumat verib. Kitabxananın daimi oxucuları Nəsimin qəzəllərindən nümunələr söyləyıb, “Nəsimi” filmindən fraqmenti canlandırıblar. Böyük mütəfəkkir şair Nəsimi haqqında videoçarx nümayiş olunub.

Tədbirdə “Cahana sığmayan şair” adlı kitab sərgisi haqqında xülasə diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...