“Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində caz konserti keçirilib

Noyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində caz konserti keçirilib.

SİA xəbər verir ki, tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi çıxış edərək konsertin ölkəsinin müstəqilliyinin 30 illiyi devizi altında keçirildiyini bildirib.

Konsertdə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borin çıxış edib. Tamaşaçılara təqdim edilən “Caravan”, “Dream a little dream of me”, “Come in, come in”, “All blues”, “Spain” və digər kompozisiyalar alqışlarla qarşılanıb.

Qeyd edək ki, noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində xalq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə