“12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 noyabr- Konstitusiya Günüdür” adlı geniş kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə azərbaycançılıq, dövlətçilik, dövlət atributlarımız haqqında Azərbaycan rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Konstitusiya Komissiyası fəaliyyətə başlayıb və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilib. Bu müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikamızın tarixində dördüncü konstitusiyadır. 5 bölmə,12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. 1996-cı il fevral ayının 6-da ulu öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...