Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib

Dünya şöhrətli müğənni Müslim Maqomayevin həyat yoldaşı, Rusiyanın tanınmış opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.

SİA-nın məlumatına görə, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müalicə olunur.

Məlumata görə, onun cərrahiyyə əməliyyatına alınıb-alınmaması məsələsi gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə