Milli Dram Teatrının səhnəsində “Vəsiyyət” olacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşası noyabrın 9-da teatrsevərlər üçün növbəti dəfə təqdim olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Abbas Qəhrəmanov, Mirzə Ağabəyli Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova və Fəridə Şahbazova, Ramin Şıxəliyev çıxış edəcək.

Tamaşanı aktyorlar Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin, səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...