Bakı Musiqi Akademiyasının orkestri Sumqayıtda konsert verib FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib. BMA-dan SİA-ya bildirilib ki, Sumqayıt Dövlət Dram Teatrında reallaşan konsert şəhərin 70 illik yubileyinə həsr edilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xalq artisti Fərhad Bədəlbəylinin bədii rəhbəri olduğu orkestr maraqlı çıxışı ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb. Konsertdə tanınmış incəsənət ustalarının ifaları alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu ilin noyabr ayının 22-də Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Bununla bağlı Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərdə silsilə tədbirlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...