Polşada uşaqlar arasında XX Beynəlxalq rəsm müsabiqəsi keçirilib

Polşanın Torun şəhərində uşaqlar arasında XX Beynəlxalq rəsm müsabiqəsi keçirilib.

SİA xəbər verir ki, “Həmişə yaşıl, həmişə mavi” adlı müsabiqədə dünyanın 48 ölkəsindən, o cümlədən Azərbaycandan olan uşaqların 11 min 409 əsəri təqdim edilib. Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqənin əsas mövzusu bağ olub.

Müxtəlif diplomlara layiq görülən əsərlər arasında azərbaycanlı uşaqların da əl işləri olub.

Diplomlara layiq görülən əsərlər Torun şəhərinin mədəniyyət mərkəzlərindən birində sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə