“İl Tabarro” operası maraqla qarşılanıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operası nümayiş olunub. Teatrın mətbuat xidmətidən SİA-ya bildirilib ki, səhnə əsərində əsas rollarda Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlər Nina Makarova və Tələt Hüseynov çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.

Qeyd edək ki, ilk təqdimatı 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera Teatrında reallaşan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın quruluşunda səhnəyə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə