Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı işə başlayıb

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı işə başlayıb. SİA-nın məlumatına görə, konfransda mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edir.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Bildirib ki, konfransa 84 nəfər nümayəndə seçilib. Onlardan 82 nəfəri hazırda tədbirdə iştirak edir, digər iki nəfər isə üzrlü səbəbdən konfransa qatılmayıb.

O, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlətin diqqət və qayğısından bəhs edib.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə