Akademik Opera və Balet Teatrında yeni tamaşa

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur.

Teatrdan SİA-ya verilən xəbərə görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileyə öz töhfəsini verməyə hazırlaşır. Oktyabrın 27-də Teatrda C.Cabbarlının "Sevil" pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyni adlı operanın tamaşası keçiriləcək. Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy) çıxış edəcəklər.

Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...