Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azad ölkənin övladlarıyıq” adlı konsert təşkil olunub. SİA-nın məlumatına görə, konsertdə uşaq rəqs kollektivləri və istedadlı vokal ifaçıları iştirak ediblər.

Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailə üzvlərini, əlil uşaqları və uşaq evlərinin sakinlərini dəvət edib və onlara ön sıralarda təmənnasız yerlər ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...