“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinə yekun vurulub

Xətai Sənət Mərkəzi tərəfindən elan olunan “Mənim yay tətilim-2019” adlı respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub. SİA-nın məlumatına görə, mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqəyə respublika üzrə 800-ə yaxın uşaq, 1400-ə qədər əsəri ilə elektron qaydada müraciət edib. Sərgiyə birinci turdan keçmiş 12 yaşa qədər 150-dən çox uşaq 160, 12-17 yaşarası 140-dək uşaq isə 150-dək əsəri ilə qatılacaq. Həmçinin bu sərgidə Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş eyniadlı müsabiqədən 20 uşağın 25 əsəri yer alacaq. Müsabiqənin yekun sərgisi müvafiq olaraq, 12 yaşa qədər uşaqlar üçün oktyabrın 25-də, 12-17 yaşarası uşaqlar üçün isə oktyabrın 26-da Xətai Sənət Mərkəzində açılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində cari ilin may ayında “Mənim yay tətilim-2019” Respublika uşaq rəsm müsabiqəsi elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...