Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək

Noyabrın 19-da Polşanın paytaxtı Varşavada yerli turizm agentlikləri üçün “Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Polşanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil olunacaq seminarın əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirməkdir. Tədbir zamanı iştirakçılar Azərbaycanın turizm potensialı, həmçinin mədəniyyəti, təbiəti, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Seminarın sonunda iştirakçılardan bir neçəsi Azərbaycana səyahət paketi qazana biləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə