Rəsm müsabiqəsinin qeydiyyatı başa çatıb

Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat başa çatıb. SİA-nın məlumatına görə, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak ediblər. Müsabiqəyə təqdim olunan əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxılacaq.

Qaliblərə heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafat və diplomlar təqdim olunacaq.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

Birinci yer (bir nəfər)- 10 000 manat

İkinci yer (bir nəfər)- 7000 manat

Üçüncü (bir nəfər)- 5000 manat

Həvəsləndirici mükafat:

8 nəfər, hər biri - 1000 manat

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...