Pantomima Teatrı mövsümü açıq elan edib və gələn ay üzrə repertuarı açıqlayıb

Azərbaycan Dövlət Pantomima Teatrı mövsümü repertuarında xüsusi yer tutan “Kişilər və qadınlar”la açıb.

SİA xəbər verir ki, sənət ocağı yeni mövsümdə dörd səhnə əsəri ilə pantomomasevərlərin görüşünə gələcək.

“Kişilər və qadınlar” sentyabrın 29-da növbəti dəfə təqdim olunacaq.

Gələn ay Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində aşağıdakı maraqlı səhnə əsərləri göstəriləcək.

5 oktyabr- “It gəzdirən xanım”

6 oktyabr – “Dejavü”

12 oktyabr –“Qoca və Mələk”

13 oktyabr –“6+1 nömrəli palata”

19 oktyabr – “Ağ bığlılar”

20 oktyabr- “Adagio”

26 oktyabr – “Kişilər və qadınlar”

27 oktyabr - “Underground”

Tamaşalar bir qayda olaraq saat 18:00-da nümayiş ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə