"Evian şəhərində çəkilmiş filmdə Qara Qarayevin əsərləri beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb" - Vadim Repin

Qara Qarayevin əsərləri artıq çox tanınır. Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovla birlikdə Qara Qarayevin əsərlərindən ibarət çəkdiyimiz film möhtəşəm idi. Evian şəhərində çəkilmiş filmdə Qara Qarayevin əsərləri beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb. Film Fransa televiziyasında 20 dəfədən çox nümayiş olunub. Bu, onun tamaşaçılar tərəfindən çox sevildiyini göstərir.

SİA xəbər verir ki, bu fikri nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin Lilldə keçiriləcək “Transsiberien” festivalına həsr edilmiş mətbuat konfransından sonra "AZƏRTAC"a müsahibəsində söyləyib.

Bildirib ki, filmin çəkilişində Q.Qarayevin səsləndirilən sonatalarını çox sevib. “Çəkiliş məkanlarında xoş, romantik mühit var idi. Bu Q.Qarayev əsərlərinin təsiri idi. M.Hüseynovla filmin çəkilişində ifa etdiyimiz sonatalar bizi daha da ilhamlandırırdı. M.Hüseynov çox istedadlı pianoçudur”, - deyə V. Repin diqqətə çatdırıb.

Qeyd edək ki, Lill şəhərində keçiriləcək “Transsiberien” festivalının açılışında Qara Qarayevin “Yeddi gözəl” əsərindən vals ifa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...