Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə paytaxtımızda konsert olub

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olub.

SİA xəbər verir ki, konsert proqramı XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb. Konsert proqramında görkəmli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, A.Məlikov və başqalarının əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə