Onlar Azərbaycan Prezidentinin fərdi təqaüdünü alacaqlar - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Ölkə rəhbəri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıb:

1. Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Dadaşov Ağa Dadaş Hacı Bala oğlu

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə