Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) sentyabrın 17-dən başlayaraq Azərbaycan istehsallı “Son görüş” filmini nümayiş etdirir. AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə son günlərindən bəhs edir. Film pulsuz izləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə