“Xocalılı Ləfixanım” filiminin təqdimatı keçirilib

Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xocalıya Ədalət kompaniyası zamanın tələbidir” layihəsinin dəstəyi ilə sentyabrın 11-də “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filimin təqdimatı keçirilib. Təqdimat mərasimində respublikanın tanınmış ziyalıları, dövlət qurumlarının nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin əməkdaşları və KİV nümayəndələri iştirakı ediblər.

“Xocalılı Ləfixanım” adlı sənədli televiziya filmində real hadisələr yer alıb.

Bu qanlı faciəni yaşayan ailələrdən biri də Salman Abbasovun ailəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar da meşə və qarlı aşırımlardan keçərək canlarını qurtarmağa çalışmışdılar. Ailənin bir neçə üzvü ermənilər tərəfindən əsir götürülmüş və bu əsirlik müddətində onlara ağır işgəncələr verilmişdi. Məhz bu qəddarlığın nəticəsində onlar sağalmaz yaralar almış, qarlı aşırımlardan keçib gəldikləri zaman ayaqlarını don vurduğuna görə həmin ailənin beş üzvünün ayağı topuqdan aşağı amputasiya edilmişdi. “Xocalılı Ləfixanım” adlı bu sənədli televiziya filmində ailənin sonbeşiyi olan Ləfixanım və bütün ailə üzvlərinin iştirakı ilə Xocalı faciəsi yenidən yad olunur.

“Xocalılı Ləfixanım” adlı sənədli televiziya film Azərbaycan xalqına, xüsusən də uşaqlara, qadınlara qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən ədalətli, siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə