Rusiyanın məşhur verilişi bu dəfə Bakıya həsr olundu - FOTO-VİDEO

"Россия 1" telekanalında yayımlanan səyahət proqramı "По секрету всему свету" Bakının qonağı olub.

SİA-nın məlumatına görə, aparıcılığını aktrisa Olqa Kuzminanın etdiyi verilişdə Azərbaycan tarixindən, mətbəxindən bəhs edilib.

"Mən gözəlliyə hər sahədə dəyər verildiyi bir yerdəyəm" deyə, aparıcı proqrama başlayıb. Olqa verilişə İçərişəhərdən başlayıb.

Aktrisa Bakıya ilk dəfə gəlmədiyini, amma hər dəfə yeni görüntülərlə qarşılaşdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə