Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 94 №-li Körpələr Evi–Uşaq Bağçasında açıq havada “Ucadan oxu” təşkil edib. SİA-nın verdiyi məlumata görə, Uşaq şöbəsinin müdiri Sevil Namazova balacalara Azərbaycan Xalq Nağılından “Bulud”, böyük metodist İradə Hüseynova isə Azərbaycan nağılları kitabından “Şəhərli oğlan” nağıllarını ucadan oxuyublar.

Tədbirdə uşaqlar nağıl obrazları haqqında verilən suallara maraqla cavab veriblər və sevimli nağıl qəhramanları haqqında öz fikilərini söyləyiblər.

Açıq havada təşkil olunmuş tədbir kiçikyaşlı uşaqlar tərəfindən böyük həvəslə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə