ABŞ-da iki otel sualtı kitabxana açıb

ABŞ-ın Florida ştatının Ki-Uest adasındakı iki otel sualtı kitabxana açıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, orada ziyarətçilər birbaşa hovuzlarda kitab oxuya bilərlər. Ziyarətçilər sukeçirməyən nəşrlərdən yalnız dünya klassiklərinin əsərlərini oxuya biləcəklər. Xidmət pulsuzdur, suyun altında kitab oxumaq müddətsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə