Turizm sahəsində ölkələrarası əməkdaşlıq genişlənir

Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrə olduğu kimi, turizmin inkişafına da xüsusi diqqət ayrılıb. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub.

Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Son illər ərzində ölkmiz turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu sahənin müasir standartlara uyğun olaraq inkişafına təkan olmuşdur.

Bu gün Azərbaycana dünyanın müxtəlif ökələrindən olan nümayəndələr turist kimi səfər edirlər. Ölkə başçısının Azərbaycanda turizm sahəsinə ayrdığı diqqət Azərbaycanın beynəlxalq arenada öz turizm potensialını nümayiş etdirməyə şərait yaradır. Azərbaycana gələn turistlərin axını artır. Təkcə bu ilin iyul ayı ərizində Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da, 2018-ci ilin iyul ayına nisbətdə 10,6 faiz artım deməkdir. Qonaqların üçdə-birindən çoxunu, yəni 35 faizini Rusiyadan gələnlər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 min və ya 10 faiz çox qonaq deməkdir. İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə qonşu ölkədən Azərbaycana 12 min və ya 26 faiz daha çox xarici vətəndaş gəlib. Bununla da, iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib. Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25 faiz artaraq, rekord həddə - 29 minə çatıb. Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 122 min və ya 7,4 faiz çoxdur. Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq, 39 faiz və 44 faiz artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4 faiz artıb. Təbii ki, bu artım dövlət turizm siyasətinin, eləcə də, ölkədə olan potesialın zəruriətinin nəzərə alınması, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla, zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də, xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə görülən işlərin nəticəsidir. Turist axını çox olan rayonlarda turist düşərgələrinin təşkil edilməsi, turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması bu sahədə nailiyətlərin artması ilə nəticələnib. Qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə "Sərhədyanı turizmin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfransın keçirilməsi, Azərbaycanın diplomatik nümayəndəlikləri və diasporları tərəfindən Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıtımı məqsədi ilə təbliğat-təşviqat işinin gücləndirilməsi və s. Azərbaycanda turizm sektorunu gücləndirib.

Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər də turizmin inkişafına təsirini göstərməkdədir. Belə ki, son illər ərizində Azərbaycanla Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir, Litva Respublikası və bu kimi ölkələr arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər bağlanmışdır. İmzalanmış Sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar, mütəmadi olaraq, tədbirlər görülür və digər ölkələr ilə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir. Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Demokratiya və İqtisadi inkişaf naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı s. beynəlxalq təşkilatlarla qurulan əlaqələri də qeyd etməliyik.

Azərbaycan islam dünyası ilə turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə bir sıra tədbirlər, davamlı olaraq, həyata keçirilir. Son illərdə ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları hazırlanıb. "Turistlər üçün məlumat" kitabçası, "Azərbaycan" açıqça dəsti, "Azərbaycanın otelləri", "Azərbaycanın tarixi və arxitektura abidələri", "Bakının teatr və muzeyləri" bukletləri, "Azərbaycan" və "Bakı" fotoalbomları, "İpək Yolu", "Xalçaçılıq" kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, "Azərbaycana xoş gəlmisiniz" CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər və s. Azərbaycanın turizm imkanlarını nümayiş etdirən nümunələrdir. Qeyd olunan nəşrlər, CD və DVD-lər Azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanıb. Azərbaycanın beynəlxalq sərgilərdə iştirakının coğrafiyası genişlənib. London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd, Mahaçqala şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycan öz daxili potensialını nümayiş etdirir.

Artıq turistləri ölkəmizə cəlb olunması məqsədi ilə ölkəmizə səfər edən şəxslərin sayının artırılması üçün onlara göstərilən xidmətini keyfiyyətini yaxşılaşdırılmasıla yanaşı, viza rejimi də sadələşdirilib. Ölkəmizin turizm potensialının təqdimi ilə bağlı dünya ölkələrində keçirilən tədbirlər davamlı xarakter daşıyır. Belə ki, bu günlərdə - 27-29 avqust tarixində Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək. Tədbirdə, 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək. Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Eləcə də, Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq. Cari ilin 9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək. "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq. Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq. Bütün bunlar ölkəmizdə turizm sənayesinin inkişafında özünəməxsus rola malikdir və Azərbaycana turist axınını daha da gücləndirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...