Naftalana gələn turistlərin 37 faizi əcnəbilərdir

Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən Naftalanın turizm obyektlərində bu ilin 6 ayı ərzində 14476 nəfər turist qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ildən-ilə özünün turizm şəhəri kimi şöhrətini genişləndirən Naftalanın turist qəbulu sahəsindəki statistik göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, son 3 ildə dünyanın bütün qitələrindən turist qəbul edən Naftalan şəhərinə bu ilin birinci yarısında ayrı-ayrı ölkələrdən, ümumilikdə, 5345 turist gəlib.

Bu da onu göstərir ki, Naftalana gələn turistlərin təxminən 37 faizi əcnəbilərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...