Milli Kino Gününə həsr olunan tədbir

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin tərəfdaşlığı ilə “AzerNyuMedia” Şirkəti “Cinema Radio” layihəsinin istehsalına və yayımına başlayıb. “Cinema Radio” layihəsinin "Audiovizual sahədə müasir baxış" mükafatı təsis olunub. SİA-nın məlumatına görə, mükafat avqustun 2-də Nizami Kino Mərkəzində keçiriləcək Milli Kino Gününə həsr olunan tədbirdə təqdim ediləcək.

Xatırladaq ki, hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanan radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edir, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunur. Veriliş bir neçə rubrikadan ibarətdir. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olurlar. Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə