Mədəniyyət bələdçisinin yeni sayı - NƏŞR

“Culture Guide” mədəniyyət bələdçisinin yeni sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, nömrədə UNESCO ilə bağlı yazılar da öz əksini tapıb.

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gələn “Culture Guide” kataloqunun avqust buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir.

Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

“Culture Guide” kataloqunun hər nömrəsində ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələri, eləcə də paytaxtla yanaşı, regionlarımızdakı dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə