Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai xadim və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı şeirlər kitabı çap olunub. SİA-nın məlumatına görə, kitab Azərbaycan dilində nəşr olunub.

Qeyd edək ki, layihənin rəhbəri və baş redaktoru Əkbər Qoşalıdır. Nəşrin məsləhətçiləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərov və İsmət Orucəliyevdir (Kazan).Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq yazıb.

Kitab Azərbaycanın aparıcı kitabxanalarına, tatar ədəbiyyatına dair tədqiqatlar aparan alimlərə paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə